...

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət ATƏT-i narahat edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2011 11:05 (UTC +04:00)
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət ATƏT-də ciddi narahatlıq doğurur. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Adam Koberatski "Moskovskie novosti" qəzetinə müsahibəsində bildirib.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət ATƏT-i narahat edir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət ATƏT-də ciddi narahatlıq doğurur. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Adam Koberatski "Moskovskie novosti" qəzetinə müsahibəsində bildirib.

"Təkcə bu il orada ölümlə nəticələnən 20-dən artıq insident baş verib. Mülki əhali arasında qurbanlar olması barədə məlumat xesusi həyəcan doğurur", - o deyib.

Koberatskinin sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana və Azərbaycana səfərləri zamanı tərəfləri snayperlərin təmas xəttindən çıxarılmasına çağırıb.

"Təəssüf edirəm ki, tərəflər indiyədək bu il əldə olunmuş, təmas xəttində atəşkəsin pozulması ilə bağlı baş vermiş insidentlərin araşdırılmasına dair Soçi sazişinin tələblərini yerinə yetirməyiblər. Hər iki tərəfə təzyiq göstərilməsinin davam etdirilməsini tamamilə vacib hesab edirəm və Rusiya Prezidentinin Azərbaycanla Ermənistan arasında danışıqlara yardım edilməsində şəxsən iştirak etməsini alqışlayıram", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti