...

Bayram Səfərov: Dağlıq Qarabağda yalnız Azərbaycan qanunları əsasında seçkilər keçirilə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2011 16:43 (UTC +04:00)
Bayram Səfərov: Dağlıq Qarabağda yalnız Azərbaycan qanunları əsasında seçkilər keçirilə bilər
Bayram Səfərov: Dağlıq Qarabağda yalnız Azərbaycan qanunları əsasında seçkilər keçirilə bilər

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Dağlıq Qarabağda hər hansı qanuni seçki keçirilə bilməz. Qarabağ Azərbaycanın ərazisidir və orada seçkilər yalnız Azərbaycanın qanunları ilə baş tuta bilər . Trend-in məlumatına görə, bu nu hakim Yeni Azərbaycan Partiya sının rəsmi saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərovseparatçı Dağlıq Qarabağ rejiminin "yerli özünüidarə orqanlarına seçkiləri" keçirmək haqqında qərarına münasibət bildirərkən deyib.

Səfərov bildirib ki, beynəlxalq müstəvidə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qəbul olunur və bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Onun sözlərinə görə, qondarma rejim Ermənistanın dəstəyi ilə bu cür "seçki" oyunu təşkil edir. Amma artıq işğalçı dövlət də tükənmək üzrədir.

"Ermənistanın iqtisadi göstəriciləri yoxdur və bu dövlət ilbəil tənəzzülə doğru gedir. Ona görə də artıq separatçı Dağlıq Qarabağ rejiminə yardım göstərə bilmirlər. Hazırda Dağlıq Qarabağda əhali qalmayıb, insanların əksəriyyəti vəziyyətin ağırlığı səbəbindən köçüb gedib. Qalanlar da dilənçi vəziyyətində yaşayırlar. Belə olan halda qondarma rejim nə "seçki" keçirə bilər? Burada yaşayan əhali yalnız Azərbaycan qanunları tətbiq olunandan sonra yaxşı yaşaya biləcək. Dünya birliyi Qarabağda yalnız Azərbaycan qanunları ilə keçirilən seçkiləri tanıya bilər" , - o vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib

Xəbər lenti

Xəbər lenti