...

Minsk qrupunun həmsədrləri noyabrda regiona daha bir səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2011 18:20 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrda regiona daha bir səfər edəcəklər.
Minsk qrupunun həmsədrləri noyabrda regiona daha bir səfər edəcəklər

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrda regiona daha bir səfər edəcəklər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə fransalı həmsədr Bernar Fasye deyib.

Bakıya cari səfər çərçivəsində həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti