...

Qarabağ muzeyləri ilə bağlı kitab hazırlanacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2012 12:21 (UTC +04:00)
Qarabağ muzeyləri ilə bağlı kitab hazırlanacaq
Qarabağ muzeyləri ilə bağlı kitab hazırlanacaq

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir M.Əliyev/

Qarabağ muzeyləri ilə bağlı kitab hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə Söz Azadlığını Müdafiə Fondunda (SAMF) Qarabağda işğal altında olan Tarix-Diyarşünaslıq muzeylərinin direktorlarının görüşündə razılığa gəlinib.

Cəbrayıl, Kəlbəcər, Füzuli, Zəngilan və Laçın Tarix-Diyarşünaslıq muzeylərinin direktorlarının iştirak etdiyi tədbirdə fondun icraçı direktoru Vüqar Tofiqli görüşün əsas məqsədinin Qarabağ muzeyləri silsiləsindən ilk kitabın hazırlanması, həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə SAMF-nin işğal altında olan Tarix-Diyarşünaslıq muzeylərinin virtual məkanı olan www.diyarshunasliq.az internet saytındakı materialların zənginləşdirilməsi olduğunu bildirib.

Tədbirdə qeyd olunub ki, hazırlanan kitabın Azərbaycan dili ilə yanaşı, ingilis dilinə də tərcümə edilib, xarici ölkələrdə yayımını təşkil etməklə, əcnəbilərin də Qarabağdakı Tarix-Diyarşünaslıq muzeyləri haqqında məlumatlı olmasını təmin etmək olar.

Layihə çərçivəsində, həmçinin ermənilərin işğalı nəticəsində muzeylərdə qalan eksponatların dəqiq siyahısı müəyyənləşdiriləcək və həmin eksponatların qiymətləndirilməsi aparılacaq.

Laçın Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, professor, tarix elmləri doktoru Solmaz Məhərrəmova tədbirdə qeyd edib ki, hazırlanacaq kitabda muzeylərlə yanaşı, Qarabağın hər bir rayonunun tarixi haqqında da məlumatların yerləşdirilməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti