...

Bayram Səfərov: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü üçün işlər davam etdirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2012 12:02 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələrinin görüşünün baş tutması üçün işlər davam etdirilir.
Bayram Səfərov: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü üçün işlər davam etdirilir

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələrinin görüşünün baş tutması üçün işlər davam etdirilir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Səfərov deyib ki, biz Dağlıq Qarabağın erməni icması ilə danışıqlara hər zaman hazırıq və çalışacağıq ki, danışıqlar baş tutsun.

"Danışıqların hansı şəraitdə olacağını indidən deyə bilmərəm. Onlar tərəfdən görüşdə icma rəhbərliyi olarsa, biz tərəfdən mən də icma rəhbəri kimi görüşə qatılacam", - İctimai Birlik rəhbəri əlavə edib.

Qeyd edək ki, Dağlıq Qarabağın erməni icmasının nümayəndələri Almaniya və Fransada azərbaycanlı icmanın nümayəndələri ilə görüşdən imtina etmişdi.

Xəbər lenti

Xəbər lenti