...

Dövlət Baxçalı: Xocalı qətliamı türk millətinə qarşı işlənmiş insanlıq suçudur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2012 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Xocalı qətliamı türk millətinə qarşı işlənmiş insanlıq suçudur və bu hadisəni törədənlər həmişə qatil və cani kimi tanınanacaqlar. Trend Türkiyə mətbuatına istinadən bildirir ki, bunu Milliyyətçi Hərəkat partiyasının (MHP) sədri Dövlət Baxçalı Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı verdiyi yazılı açıqlamada bildirib.

Baxçalı 20 il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı rayonunda yaşanan erməni vəhşiliyinin XXI əsrin ən böyük faciə və fəlakətlərindən biri olaraq tarixə düşdüyünü qeyd edib.

"Soydaşlarımızın namusuna, şərəfinə, yaşamaq haqlarına qəsd etməyə cürət edən erməni əxlaqsızlığını əziz millətimiz lənət və nifrətlə xatırlayacaq", - Baxçalı yazılı açıqlamasında bildirib.

MHP sədri qeyd edib ki, Xocalıda, ümumiyyətlə Dağlıq Qarabağda törədilənləri görmək istəməyənlərin qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəni ittiham etməsi və bunun üçün sistemli fəaliyyət göstərməsi "insafsızlığın və utanmazlığın bariz nümunəsidir".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti