...

Kanada parlamentinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2012 01:29 (UTC +04:00)
Kanada parlamentinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib.
Kanada parlamentinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib

Azərbaycan, Trend, 2 mart /Trend, müxbir E. Əliyev/

Kanada Federal Parlamentinin üzvü və hakim Mühafizəkarlar Partiyasının üzvü Ras Hibert (Russ Hiebert) parlamentin İcmalar Palatasının 29 fevral 2012-ci il tarixində keçirilmiş iclası zamanı Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirmişdir. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyində məlumat verilib.

Xocalı faciəsi ilə bağlı verilmiş bəyanatda erməni silahlı qüvvələri tərəfindən 20 il öncə yüzlərlə dinc sakinin qətlə yetirildiyi və Kanadanın da bu qətliamı xatırladığı qeyd olunmuşdur. Xocalı qırğınının Dağlıq Qarabağ münaqişəsi ərzində törədilmiş dəhşətli qətliamlardan biri olduğu bəyanatda xüsusilə vurğulanmışdır.

Bəyanatda münaqişə nəticəsində 30 min hərbi qulluqçu və mülki vətəndaşın qətlə yetirildiyi və bir milyondan artıq insanın öz yerlərini tərk etdikləri göstərilmişdir.

Bəyanatda Dağlıq Qarabağ bölgəsinin hələ də Ermənistanın işğalı altında olduğu xüsusilə qeyd olunmuşdur.

Bəyanatın sonunda uzun müddətdir davam edən münaqişənin sülh yolu ilə tənzimlənməsinə ümidin mövcud olduğu vurğulanmış və problemin danışıqlar masası ətrafında tənzimlənməsi məqsədilə tərəflərə çağırış səsləndirilmişdir.

Xəbər lenti

Xəbər lenti