...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2012 10:52 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 11-də saat 08:40-dan 08:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 08:45-dən 08:50-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14:45-dən 15:20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 16:30-dan 16:31-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:30-dan 16:40-dək Tərtər rayonunun Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20:05-dən 20:30-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:40-dan 21:50-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 22:40-dən 22:50-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Martın 12-də saat 01:50-dən 01:55-dək isə düşmən hərbiçilər Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerlələşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti