...

Regionda sabitlik və təhlükəsizlik pozulmamalıdır – İranın müdafiə naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2012 02:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir T. Cəfərov/

Regionda sabitlik və təhlükəsizlik pozulmamalıdır. Trend-in Fars agentliyinə istinadən verdiyi məlumatına görə, bunu, bazar ertəsi jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi barədə suallarını cavablandıraraq İranın müdafiə naziri Əhməd Vahidi bildirib.

"Biz həmişə beynəlxalq təşkilatlarda Azərbacanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, və münaqişənin indiki vəziyyətini qaneedici hesab etmirik", - Vahidi bildirib.

Onun sözlərinə görə, İran Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi rol oynamağa hazırdır.

" Regionda sabitlik və təhlükəsizlik pozulmamalıdır. Biz bunların pozulmasına yönəlmiş bütün cəhdləri kəsməliyik. Biz bu məsələdə azərbaycanlı dostlarımızla bir mövqedəyik və ümid edirik ki, bu münaqişə tezliklə öz həllini tapacaq", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti