...

ABŞ Dövlət Departamenti: İran regional inkişafı qeyri-stabilləşdirməməli və ləngitməməlidir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2012 11:54 (UTC +04:00)
İran regional inkişafın qeyri-stabilləşdirilməsinə və ləngiməsinə səbəb olmamalı və ölkə regionda sülh və sabitliyin möhkəmlənməsinə çalışmalıdır.
ABŞ Dövlət Departamenti: İran regional inkişafı qeyri-stabilləşdirməməli və ləngitməməlidir (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir S.İsayev/

İran regional inkişafın qeyri-stabilləşdirilməsinə və ləngiməsinə səbəb olmamalı və ölkə regionda sülh və sabitliyin möhkəmlənməsinə çalışmalıdır. Bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə rəsmi nümayəndəsi Alan Eyr Trend-in sualını cavablandırarkən bəyan edib.

Eyr Trend-in Fars xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu, habelə "Radio Farda" və "Amerikanın Səsi"nin nümayəndələrinin dəvət edildiyi onlayn sessiyada iştirak edib.

Dövlət Departamentinin nümayəndəsi bu bəyanatı, İrana qarşı sanksiyalara baxmayaraq, Ermənistan bu ölkə ilə əməkdaşlığı genişləndirir, Azərbaycanın işğal edilmiş və nəzarətsiz ərazilərindən narkotik və İİR-in nüvə proqramı çərçivəsində avadanlıqların tədarükü üçün istifadə etməsi ilə bağlı sualı cavablandırarkən verib.

Eyrin sözlərinə görə, İran hakimiyyəti regionda və dünyada təhlükəsizliyin bərpa edilməsində müsbət rol oynamalıdır.

Fotoda soldan sağa:

1. Alan Eyr, ABŞ Dövlət Departamentinin nümayəndəsi
2. Dalğa Xatınoğlu, Trend-in Fars xəbərlər xidmətinin rəhbəri
3. Məryəm Mürtəzəvi, "Amerikanın Səsi"
4. Kambiz Hüseyni, "Amerikanın Səsi"nin aparıcısı
5. Ümid Memarian, bloqer və jurnalist
6. Niuşa Buqrati, "Radio Farda"

Xəbər lenti

Xəbər lenti