...

Qarabağ problemi bizim də dərdimizdir – Şimali Kiprin prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2012 10:11 (UTC +04:00)
Azərbaycan xalqı və Şimali Kipr türkləri qardaş xalqlardır. Ona görə də Qarabağ problemi bizim də dərdimizdir.
Qarabağ problemi bizim də dərdimizdir – Şimali Kiprin prezidenti

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan xalqı və Şimali Kipr türkləri qardaş xalqlardır. Ona görə də Qarabağ problemi bizim də dərdimizdir. Bunu Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Dərviş Eroğlu ŞKTR-da təhsil alan azərbaycanlı və türk tələbələr qarşısında çıxış edərkən deyib. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər verib.

Onun sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edən dövlətdir və Bakı Şimali Kiprin beynəlxalq blokadasının ləğv edilməsi işində çox mühüm rol oynaya bilər.

Eroğlu onu da qeyd edib ki, Azərbaycanın beynəlxalq arenadakı uğurları Şimali Kipri sevindirir.

ŞKTR-da təhsil alan azərbaycanlı tələbələrə gəldikdə, Eroğlu deyib ki, onların sayı ildən-ilə artır və bu da iki ölkənin əlaqələrinin möhkəmlənməsində mühüm amildir.

Xəbər lenti

Xəbər lenti