...

Müdafiə Nazirliyi cəbhədə şəhid olan Azərbaycan əsgərlərinin adlarını açıqlayıb (ƏLAVƏ OLUNUB-2)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2012 12:05 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bu gün səhərə yaxın Azərbaycan Milli Ordusunun Qazax rayonu ərazisindəki mövqelərinə hücuma keçib.
Müdafiə Nazirliyi cəbhədə şəhid olan Azərbaycan əsgərlərinin adlarını açıqlayıb (ƏLAVƏ OLUNUB-2)

Müdafiə Nazirliyinin məlumatı əlavə olunub. İlk xəbər 10:36-da yayılıb.

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərlərin adlarını açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəhid olan əsgərlərimiz Əliyev Amil Novruz oğlu (1988, Neftçala ), Əzizov Xalid Mətləb oğlu (1993, Şəki), Bağırov Vahid İntiqam oğlu (1993, Ağsu), Ataşlı Zülfüqar Vəli oğlu (1993, Cəlilabad), İsmayılov Elçin Əlövsət oğlu (1993, Yevlax).

Qeyd edək ki, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub.

Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti