...

Elxan Süleymanov: Yaxın vaxtlarda daha bir Avropa ölkəsi Dağlıq Qarabağla bağlı qətnamə qəbul edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2012 12:43 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.
Elxan Süleymanov: Yaxın vaxtlarda daha bir Avropa ölkəsi Dağlıq Qarabağla bağlı qətnamə qəbul edəcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Mehdiyev/

Yaxın vaxtlarda daha bir Avropa ölkəsində Dağlıq Qarabağla bağlı qətnamə qəbul ediləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.

Qətnamə müəlliflərindən birinin özü olduğunu deyən Süleymanov ermənilərin prosesə müdaxilə edə biləcəyini əsas gətirərək həmin dövlətin adını açıqlamayıb.

Süleymanov hazırda ümumilikdə 5 ölkənin parlamentində müvafiq qətnamələrin qəbulu istiqamətində, onun şəxsən rəhbərliyi altında işlər aparıldığını bildirib.

"Bu dövlətlərdən 3-də qeyd olunan sənədlərin bu ilin sonuna qədər, ikisində isə gələn ilin əvvəlində qəbulu gözlənilir", - o deyib.

Süleymanov deyib ki, bəzi nüfuzlu avropalı parlamentarilər onunla söhbətdə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatsız olduqlarını vurğulayıblar.

O qeyd edib ki, Brüsseldə Azərbaycan mədəniyyəti günləri, oktyabr ayında isə Şamaxıda biznes forumun keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti