...

Ermənilər Xocavənddəki qiymətli ağacları qıraraq daşıyıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2012 10:18 (UTC +04:00)
Azərbaycanın Xocavənd rayonunda ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.
Ermənilər Xocavənddəki qiymətli ağacları qıraraq daşıyıblar

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Xocavənd rayonunda ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində erməni işğalçıları tərəfindən zəbt olunub. Ötən 20 il ərzində rayonun Kurapatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fısdıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib.

Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.

Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 yaşlı Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.

Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın "Qırmızı kitab"ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.

Xəbər lenti

Xəbər lenti