...

Fransanın Dağlıq Qarabağ tənzimləməsində Azərbaycana doğru addımlarını alqışlamalıyıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2012 12:47 (UTC +04:00)
Fransa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində liderliyə cəhd edir.
Fransanın Dağlıq Qarabağ tənzimləməsində Azərbaycana doğru addımlarını alqışlamalıyıq

Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq

Fransa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində liderliyə cəhd edir. ABŞ və Rusiya maraqlarının münaqişə tənzimlənməsinin tormozlanmasına yönəldiyi bir zamanda Fransanın cəsarətli siyasəti onu Qafqaz regionunda daha ciddi nüfuz sahibinə çevirə bilər. Fransa Prezidenti F.Holland Ermənistan Prezidenti S.Sarkisyanı qəbul edərkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üç vacib mesaj verdi:

- birincisi, o, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirdi. S.Sarkisyan və Ermənistan mətbuatı danışıqlarda əsas mövzunun "erməni soyqırımı"nın inkar edilməsinin kriminallaşması haqqında qanun layihəsinin yeni variantının qəbul edilməsini göstərməyə cəhd etdilər. F.Holland bu fikirləri qətiyyətli şəkildə təkzib edərək əsas müzakirə mövzusunun Qarabağ olduğunu bildirdi;

- ikincisi, F.Holland bu münaqişənin həllinin onun məsuliyyət dairəsində olduğunu bəyan etdi. Dünyada heç kim, o cümlədən ATƏT MQ-yə həmsədr ölkə liderlərindən heç biri bu zamana kimi belə bəyanat verməyib;

- üçüncüsü, F.Holland Dağlıq Qarabağ danışıqlarının nəticə ilə bitməsi üçün əlindən gələn hər şeyi edəcəyini bəyan etdi. Fransanın belə mövqeyi Azərbaycan üçün daha əhəmiyyətlidir: fransızlar həm ermənipərəstlikdən uzaqlaşıb Azərbaycana doğru yanaşır, həm də Fransanın bu regionda konkret geosiyasi məqsədi yoxdur.

Fransa Xarici İşlər Nazirliyinin, ATƏT MQ-də fransalı həmsədr B.Fasyenin verdiyi bəyanatlar bu dövlətin Dağlıq Qarabağ tənzimlənməsində ədalətli mövqeyinin düşünülmüş dövlət siyasəti olduğunu göstərir. Belə niyyətli Fransanın bu regionda iştirakının artması ancaq sağlamlaşmaya, regional sabitliyə və inkişafa xidmət edəcəkdir. Belə mövqenin Azərbaycan üçün digər əhəmiyyəti daha da vacibdir:

Qatı ermənipərəst imicə malik Fransanın Azərbaycan haqqında mövqeyinin dəyişməsi barədə ölkəmizin rəhbərliyinin siyasi kursu özünü təsdiq etdi. Bu kursun yaratdığı nəticə göz qabağındadır: İki ölkə arasındakı mal dövriyyəsi 4 milyard dollardır və Fransa hətta N.Sarkozinin dövründə Dağlıq Qarabağ məsələsində ermənilərə kəskin mövqe nümayiş etdirmişdir. Azərbaycanın siyasi elitası və cəmiyyətimiz Fransanın mövqeyinin dəyişməsini görməli, nəzərə almalı və rəsmi Parisin ermənipərəstlikdən uzaqlaşmasına lazımi dəyər verməlidir. Fransa ermənilərinin liderləri etiraf edirlər ki, Fransa ictimaiyyətində erməni mövzularına qarşı neqativ münasibət formalaşıb. Bu məsələdə Türkiyənin rolu mühümdür, amma Azərbaycanın rolunu görməmək qəbahətdir. Fransa imkanı daxilində Azərbaycana doğru addımlar atır və biz bu addımları alqışlamalıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti