...

İran Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyə hazırdır - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2013 04:42 (UTC +04:00)
Tehran Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa hazırdır. Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bildirib.
İran Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyə hazırdır - səfir

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Tehran Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa hazırdır. Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bildirib.

Onun sözlərinə görə, regiondan kənar dövlətlər bu münaqişənin həllinə can atmırlar, eyni zamanda münaqişənin davamı region ölkələrinə ziyan vuracaq.

Pakayinın qeyd edib ki, xarici dövlətlər Cənubi Qafqaz regionunda mənafelərinə çatmaq üçün münaqişədən alət kimi istifadə edirlər.

"Münaqişə tərəfləri bu barədə xahiş etsələr, İran vasitəçi olmağa və münaqişənin həlli planını təqdim etməyə hazırdır" deyə səfir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti