...

Ukrayna ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq niyyətindədir - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2013 13:59 (UTC +04:00)
Ukrayna ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq niyyətindədir.
Ukrayna ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq niyyətindədir - səfir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir S.Ağayeva/

Ukrayna ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq niyyətindədir.

"Biz başa düşürük ki, Azərbaycan münaqişənin nizamlanmasında Ukraynadan hər hansı real addımlar gözləyir. İnanın ki, biz münaqişənin sülh yolu ilə həll edilməsi və ya onun nizamlanması üzrə heç olmasa real addımlara təkan vermək üçün mümkün olan hər şeyi edirik", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Onun sözlərinə görə, Ukraynanın ATƏT-in sədri kimi qarşısına qoyduğu əsas vəzifə ATƏT-in Minsk qrupu ölkələrinin cəhdlərini birləşdirə biləcək, status-kvonun dəyişilməsinə və münaqişənin nizamlanması üzrə real danışıqların başlamasına gətirib çıxaran nöqtələri tapmaqdır.

"Biz sədrlik dövründə bütün məsələləri həll edə bilərik fikrindən uzağıq, bu, real deyil və heç kəs qarşısına belə vəzifə qoymur, lakin prosesi "ölü nöqtə"dən tərpətmək üçün biz belə iddialı məqsəd qoyuruq", - səfir vurğulayıb.

Mişenko, həmçinin bildirib ki, hazırda Minsk qrupunun formatı ən məqbul və yeganə mümkün olandır, indi onun işini fəallaşdırmaq lazımdır.

Səfirin sözlərinə görə, Ukrayna xarici işlər naziri - ATƏT-in fəaliyyətdəki sədrinin Azərbaycana və Cənubi Qafqaz regionun digər ölkələrinə səfəri gözlənilir.

Qeyd edək ki, Ukrayna ATƏT-ə yanvardan sədrlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti