...

Səfir: Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında potensialı tükənməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2013 16:14 (UTC +04:00)
Ukrayna cari ildə ATƏT-ə sədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük diqqət ayırır. Bu barədə çərşənbə axşamı Trend-ə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
Səfir: Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında potensialı tükənməyib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Y.Kosolapova/

Ukrayna cari ildə ATƏT-ə sədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük diqqət ayırır. Bu barədə çərşənbə axşamı Trend-ə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

"Ukraynanın xarici işlər naziri Leonid Kajara siyasətimizin təqdimatını edərkən vurğulayıb ki, Ukrayna ATƏT ölkələri ərazisində münaqişə məsələlərinə böyük diqqət yetirəcək. Biz münaqişənin həll ediləcəyi məqama hər hansı vasitə ilə yaxınlaşmaq üçün mümkün hər şeyi edirik. Lakin elə formatlar axtarmaq lazımdır ki, işlək olsun", - Mişenko qeyd edib.

Səfirin sözlərinə görə, Ukrayna Dağlıq Qrabağ münaqişəsinin nizamlanması məsələsində Minsk qrupuna böyük ümidlər bəsləyir.

"Ukrayna hesab edir ki, Minsk qrupunun potensialı heç də tükənməyib və qarşıya qoyulan tapşırıq Minsk qrupu çərçivəsində fəaliyyəti aktivləşdirməkdən ibarətdir. Bu, hazırda irəliləyişi təmin edə biləcək yeganə beynəlxalq formatdır. Ukrayna bu məsələyə, Minsk qrupunun işinin aktivləşdirilməsi və səmərəliliyinin artırılmasına diqqət ayırır", - Mişenko deyib.

Onun sözlərinə görə, bilavasitə münaqişə tərəfləri arasında dialoqu fəallaşdırmaq yolları öyrənilir.

Səfirin sözlərinə görə, bu yaxınlarda ATƏT-in uzunmüddətli münaqişələr üzrə xüsusi nümayəndəsi Andriy Deşitsa Azərbaycan və Ermənistana səfər etmiş, yüksəkvəzifəli şəxslərlə görüşmüşdü. Bundan başqa, hazırda iki ölkənin xarici işlər nazirlərinin Krakovda görüşünün təşkili məsələsi razılaşdırlır.

"Fikrimizcə, Minsk qrupu hərəkət edən mexanizmdir və onun imkanlarından istifadə etmək lazımdır. Bizim xarici işlər nazirimiz qarşıya bu tapşırığı qoyub, o, tərəflərlə mütəmadi əlaqə saxlayır və buna böyük diqqət ayırır", - Mişenko qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti