...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 May 2013 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

Cəbhə xəttində gərginlik davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun işğal olunmuş Çaylı, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti