...

Erməni silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2013 09:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/

Erməni silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Baş Qərvənd və Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti