...

Minsk qrupunun amerikalı həmsədri gələn həftə Azərbaycana səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2013 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik gələn həftə Azərbaycana rəsmi səfər edəcək. Bu barədə diplomatik mənbədən Trend-ə bildirilib.

Səfər çərçivəsində amerikalı həmsədr Azərbaycan rəsmiləri ilə görüşəcək.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, bu, C.Uorlikin həmsədr kimi Azərbaycana ikinci səfəridir. O, sentyabr ayında da Azərbaycanda rəsmi səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti