...

Cəhbə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2013 09:21 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəhbə xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

Cəhbə xəttində gərginlik davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Gülüstan, Tərtər rayonun Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti