...

Erməni silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Oktyabr 2013 09:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycan əraziləri erməni silahlıları tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti