...

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ərazisindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2013 10:00 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ərazisindən atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ərazisindən atəşə tutulub

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ərazisindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Sarıcalı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti