Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir S.Əhmədova/
Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ATƏT-in uzunmüddətli münaqişələrin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri alqışlayıb. Trend-in məlumatına görə, bu barədə Avropa Kommissiyasının rəsmi saytı xəbər verir.
Ş.Füle ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşündən sonra verdiyi bəyanatında təşkilatın Aİ-nin qonşu ölkələrində, Şərq Tərəfdaşlığı regionu və Mərkəzi Asiyada vacib rolunu yüksək qiymətləndirib.
Ş.Füle bildirib ki, bu regionlarda ATƏT-in iştirakı demokratik islahatlar və dəyərlərə dəstək baxımından çox vacibdir.