...

Politoloq: Serj Sarkisyan hərbi insidentlərə möhtacdır və həmsədrlər bu ehtiyacın ödənilməsində ona kömək edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2014 12:45 (UTC +04:00)
Hərbi gərginlik ATƏT-in Minsk qupunun həmsədrlərinin kifayət qədər qüsurlu fəaliyyətini aşkarladı.
Politoloq: Serj Sarkisyan hərbi insidentlərə möhtacdır və həmsədrlər bu ehtiyacın ödənilməsində ona kömək edirlər

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Mehdiyev/

Hərbi gərginlik ATƏT-in Minsk qupunun həmsədrlərinin kifayət qədər qüsurlu fəaliyyətini aşkarladı. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, əvvəla, hərbi insidentlərin istənilən səviyyəsində vasitəçilər yalnız eyni məzmunlu fikir bildirir: "İkincisi, hərbi gərginliyin əsas səbəbinin araşdırılması istiqamətində heç bir iş görülmür. ATƏT MQ həmsədrlərinin sırasında ATƏT-in hərbi mütəxəssislərindən olsaydı, bu bəlkə də ATƏT MQ həmsədrlərinin fəaliyyətinin məzmununa təsir edə bilərdi. Diplomatik danışıqların 2 onillikdən çox nəticəsiz qalması Ermənistan hərbçilərinin bu müddət ərzində Azərbaycan ərazilərində kök salmaları hərbi xarakterli məsələlərin mahiyyətinə diqqət verməyi ön plana çıxarır".

M.Əhmədoğlu əlavə edib ki, üçüncüsü, əsas problemlərdən biri Azərbaycanla Ermənistan arasında hərbi gücün potensialı arasında fərqin böyüməsidir.

Politoloq qeyd edib ki, bu meyil davam edəcək, Ermənistan bu və digər parametrlər üzrə bundan sonra da Azərbaycandan geri qalacaq: "Ermənistanın potensialı heç vaxt Azərbaycanın imkanlarına çata bilməz. Bu nöqteyi-nəzərdən Ermənistanda belə hesab edirlər ki, Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyat aparmaq şansı məhz indidir və gələcəkdə bu şans olmayacaq. Rusiyanın Soçi olimpiadasına görə təhlükəsizlik məsələlərinə hiperreaksiyasını nəzərə alan Ermənistan hərbi vəziyyəti gərginləşdirməklə Rusiya-Azərbaycan qarşıdurması yaratmağa cəhd edir. Dördüncüsü, Ermənistan hərbi xarakterli insidentlər təşkil etməklə birbaşa danışıqlar prosesinin təşkilinə və ya gündəliyinə təsir edir. Öz serjantlarını öldürməklə rəsmi Yerevan faktiki olaraq permanent etiraza başlamış müxalifəti iflic vəziyyətinə saldı".

Politoloq qeyd edib ki, ailənin tək oğlu, üç bacının bir qardaşı, ali təhsilli, qonşuların rəğbətini qazanmış erməni çavuşun ölümü az qala dünya ermənilərində reaksiya yaratdı: "Lakin rəsmi Yerevan ölən serjant dəfn olunmamış onun ölümündən danışıqlar prosesində maneə kimi istifadə etməyin yolunu axtardı. Dağlıq Qarabağın "xarici işlər naziri" Karen Mirzoyan qısa müddət ərzində Ermənistan XİN-ə çağırıldı. Ermənistan XİN-i Azərbaycanı XİN rəhbərlərinin görüşünü pozmaq cəhdində ittiham etdi. Az sonra Ermənistan XİN mətbuat xidmətinin rəhbəri Tiqran Balayan xarici işlər nazirlərinin Parisdəki görüşünün baş tutmasının hələ bəlli olmadığını bildirdi. O vaxtadək rəsmi Yerevan XİN rəhbərlərinin Paris görüşünə razılığını təsdiqləmişdi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan danışıqdan imtina edə bilmədi. Amma həmin hərbi insidenti görüşün gündəliyində əsas müzakirə mövzusuna çevirə bildi.

Beləliklə həmsədrlərin nəzərdə tutduğu mövzu kənarda qaldı. E.Nalbandyanın ağlaşması aktual oldu. ATƏT MQ həmsədrliyi institutu sıradan çıxır.3 həmsədr dövlətlə Qarabağ siyasətimizi diferensiallaşdırmalıyıq. Qonşularımızdan isə Dağlıq Qarabağ məsələsində konkretlik tələb etməyin vaxtı çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti