...

Konqresmen Bil Şuster Xocalı faciəsi ilə bağlı bəyanat verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2014 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Konqresmen Bil Şuster Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə ABŞ Konqresində bəyanat verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, 5 mart 2014-cü il tarixində ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqresmen B.Şuster Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə bəyanat verib.

Konqresmen Xocalı faciəsinin qurbanlarını yad edib və bu qətliamın miqyasının aparıcı beynəlxalq media qurumlarının hesabatlarında öz əksini tapdığını qeyd edib.

B.Şuster bəyanatında Azərbaycanın ABŞ-ın güclü strateji müttəfiqi olduğunu xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti