Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/
Bolqarıstan Respublikasının sabiq prezidenti Petar Stayanov (1997-2002) Dağlıq Qarabağ münaqişənin həll ediləcəyinə ümid edir.
P.Stayanov Trend-ə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi deyil, eyni zamanda insanlıq məsələsidir:
"Bir milyondan artıq insan öz torpaqlarından didərgin düşüb. Bu, dəhşətli hadisədir".