...

Əli Həsənov: Ermənistan rəhbərliyi tərəfindən ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinə qarşı hücum təşkil edilib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2014 13:56 (UTC +04:00)
"Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri zamanı Laçına gedərkən orada Ermənistan rəhbərliyi tərəfindən amerikalı həmsədrə qarşı hücum təşkil edilib.
Əli Həsənov: Ermənistan rəhbərliyi tərəfindən ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinə qarşı hücum təşkil edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

"Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri zamanı Laçına gedərkən orada Ermənistan rəhbərliyi tərəfindən amerikalı həmsədrə qarşı hücum təşkil edilib. Mən nəyə görə deyirəm ki, Ermənistan rəhbərliyi? Çünki bu başqa cür də mümkün deyil. Bu pozuntular həmişə Ermənistan tərəfindən olub və bu gün də var. Bunu da beynəlxalq aləm və dövlətlər gördü". Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda məcburi köçkünlərin ölkə ərazisinə hərəkəti tam sərbəstdir və heç bir məhdudiyyət yoxdur: "Çaloka Beyanı ilə qarşılıqlı etimad məsələsi müzakirə olunub. Azərbaycanın qarşılıqlı etimad problemi heç zaman olmayıb və olmayacaq. Ermənilərlə 200 il birlikdə yaşamışıq. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapandan sonra əvvəlki qaydada ermənilərlə həmin yerlərdə birgəyaşayış davam edəcək. Əgər qarşılıqlı etimad pozulacaqsa, bu, yalnız ermənilər tərəfindən baş verə bilər. Azərbaycan tərəfindən heç zaman belə hal olmayıb və olmayacaq da".

Onun sözlərinə görə, hər dəfə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul olunur, yığılır, amma hələ ki nəticə yoxdur: "Ancaq Ermənistan tərəfi bilməlidir ki, vaxt gələcək, bütün sənədlər öz təsirini göstərəcək".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan dövləti Dağlıq Qarabağın bir qarışını da Ermənistana güzəştə getməyəcək: "Bu, Azərbaycan Prezidenti, hökuməti və xalqının birmənalı, dönməz mövqeyidir. Ermənilər bunu nə qədər tez başa düşsələr, düz yola, konstruktiv yola gəlsələr, daha yaxşıdır. Hələ ki itirən onlardır. Bu problem öz həllini tapacaq. Ermənilər son anda görəcəklər ki, uduzan özləridir".

Ə.Həsənov deyib ki, Azərbaycan heç bir dövlətdən, beynəlxalq təşkilatdan nəsə tələb etmir: "Biz sadəcə, istəyirik ki, bu problemlərlə məşğul olan təşkilat və dövlətlər bu işə obyektiv yanaşsınlar".

Bununla belə, Baş nazirin müavini bildirib ki, Azərbaycanın yalnız BMT-dən istəyi və tələbi var: "BMT zəhmət çəksin, Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin".

Məsələyə münasibət bildirən xüsusi məruzəçisi Çaloka Beyani isə Azərbaycana səfərindən sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcəyini və bu məsələni, eləcə də Azərbaycanın mövqeyini birbaşa onlara çatdıracağını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti