...

Fikrət Sadıxov: Ermənistanın təxribatları Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinə münasibətinin nəticəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2014 13:56 (UTC +04:00)
"Ermənistanın Azərbaycana qarşı irimiqyaslı təxribatları ATƏT-in Minsk qrupunun aparıcı həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinə münasibətinin nəticəsidir. Onlar bütün bunların hamısını normal hesab edir və düşünürlər ki, Ermənistanın şıltaqlıqları ilə hesablaşmaq lazımdır".
Fikrət Sadıxov: Ermənistanın təxribatları Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinə münasibətinin nəticəsidir

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Səba Ağayeva/

"Ermənistanın Azərbaycana qarşı irimiqyaslı təxribatları ATƏT-in Minsk qrupunun aparıcı həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinə münasibətinin nəticəsidir. Onlar bütün bunların hamısını normal hesab edir və düşünürlər ki, Ermənistanın şıltaqlıqları ilə hesablaşmaq lazımdır". Bu barədə Trend-ə Qərb Unibersitetinin professoru, politoloq Fikrət Sadıxov bildirib.

Politoloq deyib ki, reallıq bütün bu illər ərzində atəşkəsin formal xarakter daşımasından və atəşkəs formatının özünün daim ermənilər tərəfindən pozulmasından ibarətdir.

Onun fikrincə, cəbhə xəttində vəziyyətin gərginləşməsi də aparıcı dövlətlərin Cənubi Qafqazdakı münaqişələrə, həmçinin bir dövlətin digər dövlətin ərazisini işğal etdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə laqeyd münasibətinin nəticəsidir. Dünya siyasətində aparıcı mövqe tutanlar və ATƏT-in Minsk qrupunun həmsədrləri bunu normal hesab edirlər.

F.Sadıxov qeyd edib: "Bizi daim sülh danışıqlarına, mehriban qonşuluğa, birgə layihələrin reallaşdırılmasına çağırırlar. Aydındır ki, bunların hamısı son nəticədə Ermənistan tərəfdən belə irimiqyaslı təxribatlara gətirib çıxaracaq".

Politoloq bildirib ki, Azərbaycanın verdiyi qurbanlara baxmayaraq, onda olan məlumata görə, Ermənistan tərəfinin itkisi xeyli çoxdur: "Bu barədə hətta bir sıra xarici informasiya agentlikləri də yazır. Və erməni tərəfinə göstərilən müqavimət kifayət qədər səciyyəvi idi. Erməni tərəfi Azərbaycanın müasir hərbi texnikasının gücünü və qüdrətini və onun öz torpaqlarının azad etmək qətiyyətini hiss etməli idi".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti