...

ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2014 14:59 (UTC +04:00)
Hal-hazırda ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur.
ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Hal-hazırda ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

C.Uorlik qeyd edib: "ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi, həmçinin dünən helikopterin vurulması müzakirə olunur".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti