...

Deputat: "Sabah"da Dağlıq Qarabağın separatçı rejimini müstəqil dövlət kimi təqdim olunması Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2014 18:15 (UTC +04:00)
Türkiyənin “Sabah” qəzetinin qondarma “Dağlıq Qarabağ respublikası”nı müstəqil dövlət kimi təqdim etməsi Azərbaycanı istəməyən qüvvələrin növbəti təxribatıdır.
Deputat: "Sabah"da Dağlıq Qarabağın separatçı rejimini müstəqil dövlət kimi təqdim olunması Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Türkiyənin "Sabah" qəzetinin qondarma "Dağlıq Qarabağ respublikası"nı müstəqil dövlət kimi təqdim etməsi Azərbaycanı istəməyən qüvvələrin növbəti təxribatıdır. Bu barədə Trend-ə millət vəkili Rəfael Cəbrayılov deyib.

O qeyd edib ki, Türkiyə Azrbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və cəmiyyətin öndə gedən bir hissəsi olaraq mətbuat da bunu yaxşı bilir: "Bu, sadəcə olaraq Türkiyə-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə zərbə vurmaq istiqamətində atılan bir addımdır. Zaman-zaman bu cür təxribat xarakterli əməllər törədilir. Bütün bunlar eyni mərkəzdən idarə olunan hərəkətlərdir. Bunu başqa cür qiymətləndirmək olmaz".

R.Cəbrayılov əlavə edib ki, hansısa qəzetin mövqeyini dövlətin rəsmi mövqeyi ilə qarışdırmaq olmaz: "Türkiyənin rəsmi mövqeyini istər ölkə prezidenti, istərsə də baş naziri dəfələrlə bəyan edib. Bu mövqe Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixin sınaqlarından çıxmış bir mövqedir".

Bütün bunlara baxmayaraq, millət vəklili Türkiyə qəzetinin belə bir mövqe sərgiləməsindən təəssüf hissi keçirdiyini vurğulayıb: "Hər halda bunu damarlarında türk qanı axan bir insan yazıbsa, ona ar olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti