...

Azərbaycan Ermənistan Müdafiə Nazirliyini dezinformasiya xarakterli məlumat yaymaqda ittiham edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2015 14:28 (UTC +04:00)
Ermənistan Müdafiə Nazirliyi cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb.
Azərbaycan Ermənistan Müdafiə Nazirliyini dezinformasiya xarakterli məlumat yaymaqda ittiham edir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/

Ermənistan Müdafiə Nazirliyi cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti Trend-in sorğusuna cavab olaraq bildirib ki, erməni tərəfi bu məlumatla xalqını aldadaraq cəbhədəki itkilərini, döyüş meydanında əsgər və zabitlərin qorxaqlıq göstərərək silah-sursatı atmaqla qaçdıqlarını, qeyri-peşəkarlıqlarını və o cümlədən ötən gecə həqiqətən cəbhənin Ağdərə-Tərtər istiqamətində uğursuz təxribat törətmək cəhdilərini etiraf edib.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşməndən fərqli olaraq qoşunların təmas xəttində heç bir xüsusi təyinatlı bölmələrimiz istifadə olunmur. Cəbhədəki vəziyyət və bir nəfər yaralı haqqında Mətbuat Xidməti tərəfindən səhər saatlarında verilən məlumatdan başqa Silahlı Qüvvələrimizin bölmələri nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə növbəti dəfə müraciət edərək ermənilərin təxribat məqsədilə yaydığı xəbərlərdən istifadə etməməyi tövsiyə edirik.

Qeyd edək ki, bu gün müxtəlif erməni mənbələrində guya cəbhə xəttində martın 5-dən 6-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun 3 və ya 7 hərbçisinin öldürüldüyü, eləcə də ЗSU-23-2 tipli zenit top qurğusunu məhv edildiyi barədə məlumat yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti