...

Ziyafət Əsgərov: "Təəssüflər olsun ki..."

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2015 12:38 (UTC +04:00)
"Separatçı Dağlıq Qarabağ rejiminin keçirəcəyi qondarma “parlament seçkiləri”nin heç bir hüquqi əsası yoxdur".
Ziyafət Əsgərov: "Təəssüflər olsun ki..."

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Separatçı Dağlıq Qarabağ rejiminin keçirəcəyi qondarma "parlament seçkiləri"nin heç bir hüquqi əsası yoxdur". Bunu Trend-ə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov mayın 3-də Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkiləri"ni şərh edərkən deyib.

Z.Əsgərov deyib ki, bu "seçkilər"i beynəlxalq təşkilatlar, digər dövlətlər, hətta Ermənistanın özü belə tanımır: "Tamamilə mənasız, yersiz və heç bir hüquqi əsası olmayan qondarma "seçkilər"dir. Amma əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələdə susur. Biz həmişə bu susqunluğun əleyhinə olmuşuq. Dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, digər beynəlxalq təşkilatlara, dövlətlərə müraciətimizdə demişik ki, siz Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınız, buna görə çox sağ olun, amma bir bəyanatla iş bitmir. Yəni bu bəyanatın arxasında konkret əməl dayanmalıdır ki, bütün dünya, o cümlədən Azərbaycan da görsün ki, həqiqətən beynəlxalq hüquq işləyir, dünya dövlətləri ədalətin yanındadırlar".

Onun sözlərinə görə, təəssüflər olsun ki, belə ikili standartlar həmişə olub, susqunluq olub, yəqin ki, bundan sonra da olacaq: "Amma sözsüz ki, biz dövlət olaraq birinci növbədə öz gücümüzə, xalqımıza arxalanırıq və lazım gələrsə, bu məsələ Azərbaycan xalqının dəstəyi, Ordunun gücü ilə həll olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti