...

Səfir: Dağlıq Qarabağdakı hadisələrə vaxtında qiymət verilsəydi, Ukraynada baş verənlərin şahidi olmazdıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2015 13:44 (UTC +04:00)
Dünya ictimaiyyəti Dağlıq Qarabağdakı hadisələrə vaxtinda qiymət versəydi, hazırda Ukraynada baş verənlərin şahidi olmazdıq.
Səfir: Dağlıq Qarabağdakı hadisələrə vaxtında qiymət verilsəydi, Ukraynada baş verənlərin şahidi olmazdıq

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Cəmilə Əliyeva/

Dünya ictimaiyyəti Dağlıq Qarabağdakı hadisələrə vaxtında qiymət versəydi, hazırda Ukraynada baş verənlərin şahidi olmazdıq.

Trend-in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Bakıda "Ukrayna İkinci Dünya müharibəsiində" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə əsasən, dünya ictimaiyyəti bu gün də Dağlıq Qarabağın işğalına müvafiq qiymət verməməklə yenidən səhvə yol verir: "Mən Azərbaycanın kədərini yaxşı başa düşürəm. Bütün bunları özün hiss etməsən, bunu başa düşmək mümkün deyil. Ermənistan Azərbaycan ərazilərini işğal etmiş təcavüzkar ölkədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti