...

Nazirlik: Qarabağ atları ilə bağlı uydurma yazılar Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin davamıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2015 19:19 (UTC +04:00)
Azərbaycana qarşı törədilən hərbi işğalın davamı kimi Ermənistan tərəfi Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irsə və milli-mənəvi dəyərlərə qarşı təcavüz və mənimsəmə siyasətini davam etdirməkdədir
Nazirlik: Qarabağ atları ilə bağlı uydurma yazılar Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin davamıdır

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

"Son günlərdə Ermənistanın kütləvi informasiya vasitələrində qeyd-şərtsiz Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurma yazılar yazılmaqdadır. Azərbaycana qarşı törədilən hərbi işğalın davamı kimi Ermənistan tərəfi Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irsə və milli-mənəvi dəyərlərə qarşı təcavüz və mənimsəmə siyasətini davam etdirməkdədir".

Bunu Trend-ə açıqlamasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

O, qeyd edib: "Bir çoх tədqiqatlardan, tariхi ədəbiyyatlardan, müхtəlif mənbələrdən, habelə aparılan araşdırmaların nəticəsində belə söyləmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş cins atlardan götürüb ki, bu atların da nəsli Azərbaycan ərazisi olan Ağdam atçılıq zavodunda yetişdirilib. Qeyd etmək lazımdır ki, 1956-cı ildə Sovet İKP MK-nın baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü N.S.Xruşov Britaniyada səfərdə olarkən Şahzadə Yelizaveta önündə Azərbaycan xalqına məxsus Qarabağ atlarını nümayiş etdirib".

V.Şixəmmədov bildirib ki, 1993-cü ildə Ermənistanın Qarabağda hərbi işğalları zamanı Ağdam atçılıq zavodunda olan 300-dən çox Qarabağ atı Bərdə rayonunun Lənbəran kəndində yerləşdirilib və hazırda da burada inkişaf etdirilir: "Təsadüfi deyil ki, çövkən - Azərbaycan Respublikasında Qarabağ ənənəvi atüstü oyun ənənəsi adı altında YUNESKO-nun Təcili Qorunma siyahısına 2013-cü ildə daxil edilib. Birmənalı şəkildə bildiririk ki, erməni saytlarında yerləşdirilən uydurma iddialarla dolu yazıları, Ermənistanın Azərbaycan torpaqlarına olan hərbi işğalçılıq siyasəti ilə yanaşı, Azərbaycanın milli irsi və yerli genofonduna olan növbəti təcavüz siyasətinin davamı kimi qiymətləndiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti