...

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2015 09:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və Saymon Tiller keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti