...

Türkiyə və Azərbaycan Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün birgə səylərini artırmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2016 11:10
Türkiyə və Azərbaycan Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün birgə səylərini daha da artırmalıdır.
Türkiyə və Azərbaycan Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün birgə səylərini artırmalıdır

Trend-i buradan izləyin

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə və Azərbaycan Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün birgə səylərini daha da artırmalıdır. Bunu Trend-ə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq millət vəkili Mustafa Kabakçı deyib.

Onun sözlərinə görə, Xocalıda qətlə yetirilənlər Azərbaycan türkləri olduğu üçün dünya bu soyqırıma biganədir.

M.Kabakçı onu da qeyd edib ki, dünya ictimaiyyətinin Xocalı həqiqətlərinə ikili standartlarla yanaşmasına son qoymağın vaxtı çoxdan çatıb.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti