Bakı. Trend:
Dağlıq Qarabağda nizamlanmaya gedən yol dialoq və güzəştdən keçir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib.
O bildirib ki, sülhün bərpa edilməsinə gedən yol həmişə dialoq və güzəştdən keçir: "Tərəflərdən bu dialoq və güzəştə həmişə nail olmaq lazımdır".