...

Fransanın dövlət katibi: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanmaq lazımdır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2016 16:35 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq hüquq və normalara əsaslanmaq lazımdır.
Fransanın dövlət katibi: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanmaq lazımdır (ƏLAVƏ OLUNUB)

Bakı. Səba Ağayeva - Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq hüquq və normalara əsaslanmaq lazımdır. Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir deyib.

O, qeyd edib: "Regiona cari səfərim zamanı mən tərəflərə münaqişənin sülh yolu ilə həllinin vacibliyi barədə müraciət etdim. Fransa Rusiya və ABŞ ilə birgə Dağlıq Qarabağda sülh üçün hər cür səy göstərəcək"

Dövlət katibi əlavə edib ki, münaqişənin hərbi həll yolu yoxdur.

H.Dezir bildirib ki, Parisin rəsmi mövqeyi dəyişməyib - Dağlıq Qarabağ münaqişəsi dinc yolla nizamlanmalıdır.

Dövlət katibinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir, belə ki, münaqişənin yenidən alovlanmasına və gərginliyə səbəb olur: "Bizim yanaşmamız ondan ibarətdir ki, münaqişənin nizamlanmasına yalnız danışıqlar yolu ilə nail olmaq olar".

Onun sözlərinə görə, son illər hamı çox sayda qurbanların və iztirabların şahidi olub və münaqişənin davam etməsi yeni qurbanlara və iztirablara səbəb ola bilər: "Fransa atəşkəs rejiminə riayət olunmasını və Madrid prinsipləri əsasında danışıqların davam etdirilməsini dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti