Bakı. Elçin Mehdiyev - Trend:
Yaponiya höküməti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs rejimini dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Yaponiyanın Liberal Demokrat Partiyasının Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kazunori Tanaka bu gün jurnalistlərə bildirib.
O qeyd edib ki, Yaponiya hökuməti sülhün bərqərar olması üçün öz dəstəyini göstərməyə hazırdır: "Düşünürəm ki, bu münaqişənin tezliklə həll olunması Qafqaz regionu üçün çox vacib məsələdir".
Qonaq həmçinin Azərbaycanın xeyil inkişaf etdiyini bildirib: "Azərbaycanın necə gözəl ölkə olduğunu öz gözümüzlə görə bildik".