...

Elmar Məmmədyarov Fransanın dövlət katibi ilə Vyana görüşünün nəticələrini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2016 17:25 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir ilə görüşüb.
Elmar Məmmədyarov Fransanın dövlət katibi ilə Vyana görüşünün nəticələrini müzakirə edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir tərəfindən qonağın şərəfinə Fransa XİN-də işçi nahar təşkil edilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdiriblər. Onlar münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə atıla biləcək növbəti addımlar barədə müzakirələr aparıblar.

Tərəflər, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar. Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımi dəstək verəcəyini vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti