...

ANAMA: Ağdam və Tərtərdə 15 000 kv.m ərazi yoxlanılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2016 17:46 (UTC +04:00)
Avqustun 4-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.
ANAMA: Ağdam və Tərtərdə 15 000 kv.m ərazi yoxlanılıb (FOTO)

Bakı. Trend:

Avqustun 4-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Əfətli kəndində 2 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 7 000 kv.m ərazi yoxlanılaraq təmizlənib.

Tərtər rayonunun Həsənqaya kəndində 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.

Avqustun 4-də 3 əkin sahəsi, 9 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 15 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel-4 avqust tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 469 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti