...

Elmar Məmmədyarov fransalı nazirlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2016 12:26 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Dezir ilə görüşüb
Elmar Məmmədyarov fransalı nazirlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Bakı. Trend:

Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Dezir ilə görüşüb

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin mövcud vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparıldı. Tərəflər münaqişənin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd etdilər.

E.Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın daim substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb

Görüşdə, həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti