...

Britaniya Parlamentinin üzvü: Mülki əhalinin qəsdən atəşə tutulması mənfur hərəkətdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2017 20:18 (UTC +04:00)
Mülki əhalinin qəsdən atəşə tutulması mənfur hərəkətdir.
Britaniya Parlamentinin üzvü: Mülki əhalinin qəsdən atəşə tutulması mənfur hərəkətdir

Bakı. Trend:

Mülki əhalinin qəsdən atəşə tutulması mənfur hərəkətdir.

Trend-in məlumatına görə, bu barədə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman bəyan edib.

O bildirib ki, istənilən insan tələfatı təəssüf hissi doğurur:

"Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir. Ermənistan silahlı qüvvələri "təmas xətti" boyunca atəşi dayandırmalı və sülh danışıqlar üçün zəmin yaratmalıdır".

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti