...

Ekspert: Ermənilərin Dağlıq Qarabağ haqqında yalanını ifşa etmək üçün orada əhalinin siyahıya alınması kifayətdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2017 16:31 (UTC +04:00)
Ermənilərin Dağlıq Qarabağ haqqında yalanını ifşa etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində əhalinin siyahıya alınmasını həyata keçirmək kifayətdir
Ekspert: Ermənilərin Dağlıq Qarabağ haqqında yalanını ifşa etmək üçün orada əhalinin siyahıya alınması kifayətdir

Bakı. Səba Ağayeva - Trend:

Ermənilərin Dağlıq Qarabağ haqqında yalanını ifşa etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində əhalinin siyahıya alınmasını həyata keçirmək kifayətdir.

Trend-in məlumatına görə, bunu CBC telekanalına müsahibəsində “Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, bunun nəticəsində məlum olacaq ki, həmin ərazidə 30-40 min əhali yaşayır, bu isə işğala qədər olan dövrdən 3 dəfə azdır.

O deyib: “Soruşan lazımdır, əgər Azərbaycanın tərkibində olarkən, orada 150 min erməni yaşayırdısa, indi isə “müsbət” tendensiyalar nəticəsində əhalinin sayı 30-40 minədək azalıbsa, o zaman niyə müstəqillik və öz müqəddəratını təyinetmə hüququnu tələb edirdiniz? Doğrudanmı, bu 30-40 min erməni “müstəqil dövlət” qurmağa başlayacaq? Bu, çox vacib sualdır”.

Ekspertin sözlərinə görə, Ermənistan özü hələ də Dağlıq Qarbağ ermənilərinin gələcəyi ilə bağlı mövqeyini müəyyənləşdirə bilməyib. Zaman-zaman Yerevanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, ya da bölgəyə öz müqəddəratını təyin etmək statusu verilməsi fikirləri səsləndirilir.

O qeyd edib ki, Yerevanda yaxşı başa düşürlər ki, 30-40 min erməni öz müqəddəratını təyin etməyə iddia edə bilməz, əks təqdirdə ölkədə yaşayan kürdlərə də bu hüquq verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti