...

İTV etiraz edir: Ermənistanın "Avroviziya" təmsilçisinin hərəkəti yolverilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2017 12:13 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Avropa Yayım Birliyinin Baş direktoru Noel Kerrana məktub ünvanlayıb.
İTV etiraz edir: Ermənistanın "Avroviziya" təmsilçisinin hərəkəti yolverilməzdir

Bakı. Trend:

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Avropa Yayım Birliyinin Baş direktoru Noel Kerrana məktub ünvanlayıb.

Bu barədə Trend-ə İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda qeyd edilib ki, Ermənistan təmsilçisi Mişa Qriqoryanın Gürcüstanda keçiriləcək “Uşaq Avroviziya-2017” mahnı müsabiqəsində siyasi təxribata yol verəcəyi haqqında əldə olunan məlumatlar torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycanda böyük narahatlıq doğurub.

İctimai Televiziya və Radio Yayımları Şirkəti bəyan edir ki, M.Qriqoryanın Xankəndi əsilli olmasını bəhanə edərək, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə məxsus bayrağı nümayiş etdirməsi və “Artsaxın səsi” adı altında musiqi qrupunun üzvü olduğunu vurğulaması yolverilməzdir:

"İctimai Televiziya və Radio Yayımları Şirkəti inanmaq istəyir ki, siyasi oyunlardan uzaq olduğunu dəfələrlə və israrla bəyan edən Avropa Yayım Birliyi bu həssas məsələdə Azərbaycanın mövqeyini anlayışla qarşılayacaq, siyasi təxribatın qarşısını qətiyyətlə alacaq, bütün Avropanın nəzərlərinin dikildiyi səhnədə uşaqların separatizmin qurbanına və siyasi oyunbazların alətinə çevrilməsinə imkan verməyəcək.

Hesab edirik ki, “Uşaq Avroviziya-2017” mahnı müsabiqəsi musiqi meydanıdır və bu möhtəşəm tədbir bütün dünyadakı uşaqlara sevinc gətirməli, xoş anlar bəxş etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti