...

Serj Sarkisyan: Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar və kompromisslər yolu ilə həll oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2018 01:26 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar və kompromisslər yolu ilə həll oluna bilər.
Serj Sarkisyan: Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar və kompromisslər yolu ilə həll oluna bilər

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar və kompromisslər yolu ilə həll oluna bilər.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu Ermənistanın baş naziri Serj Sarkisyan "Şant" telekanalına Dağlıq Qarabağ münaqişəsi məsələsinin həll olunmamış hallda növbəti nəsilə qaldığı və çox guman ki, yeni nəsil yeni yanaşmalar ilə onun həllini tapacağı barədə sualını cavablandırarkən bildirib.

Sarkisyan deyib ki, o, məsələnin növbəti nəsillərə ötürmələrini hesab etmir. "Mənim bu gün baş nazir olmağım da, bununla əlaqəlidir. Danışıqlar prosesi davam etməlidir. Biz mövqeyimizi dəyişməyəcəyik", deyə Sarkisyan bildirib.

Onun sözlərinə görə, sülh yolu razılığa gəlmək deməkdir: "Razılığa gəlmək üçün isə, hər iki tərəfin fikrini nəzərə almaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti