Bakı. Trend:
Silahlı Qüvvələrə Yardım Fonduna 2018-ci il iyulun 2-dək 92.125.615,88 AZN, 213.577,88 ABŞ dolları, 11636,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.