...

İcma sədri: Dağlıq Qarabağda baş verən son hadisələr onu göstərir ki, əhali bu qondarma kriminal rejimin mövcudluğundan bezib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2018 17:47 (UTC +04:00)
Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mahiyyət etibarilə Serj Sarkisyan rejiminin davamı olan kriminal xunta yaradılıb
İcma sədri: Dağlıq Qarabağda baş verən son hadisələr onu göstərir ki,  əhali bu qondarma kriminal rejimin mövcudluğundan bezib

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlıq Qarabağda baş verən son hadisələr onu göstərir ki, əhali bu qondarma kriminal rejimin mövcudluğundan bezib.

Bunu Trend-ə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin qondarma rejimlə əlaqədar məsələləri şərh edərkən bildirib.

T.Gəncəliyev qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mahiyyət etibarilə Serj Sarkisyan rejiminin davamı olan kriminal xunta yaradılıb:

"Orada yaşayan erməni əhalisi, yəni Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması qondarma xunta rejiminin işğalı altındadır, onlar total nəzarət altında saxlanılır və bütün hüquqlardan məhrum ediliblər. Ermənistan əhalisi bu ilin aprelində meydana çıxan kütləvi etiraz aksiyaları vasitəsilə Sarkisyan rejimini hakimiyyətdən saldı. Dağlıq Qarabağda baş verən son hadisələr onu göstərir ki, əhali bu qondarma kriminal rejimin mövcudluğundan bezib.

Dağlıq Qarabağın Azərbaycanlı icmasının mövcudluğunu belə inkar edən qondarma rejimin nümayəndəsi David Babayana xatırlatmaq istərdim ki, danışıqlar prosesində Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən olunublar. Dağlıq Qarabağın Azərbaycan icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin olunmadan münaqişənin ədalətli və davamlı həlli mümkün deyildir".

İcma sədrinin sözlərinə görə, Serj Sarkisyan rejimi hər bir vəchlə iki icma arasında dialoqun yaradılmasına maneə olurdu və imkan vermirdi:

"Hesab edirik ki, bərabərhüquqlu tərəflər olan bu icmalar arasında Azərbaycanın sərhədləri daxilində sülh şəraitində gələcək birgə yaşayış təşviq olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti